+994552521330

28 May Alövsət Quliyev küçəsi

info@reta.az

Bloq

Ana Səhifə Bloq /  Ağ Şəhərdə mənzil sahibi olmağın 9 üstünlüyü

blog image

Ağ Şəhərdə mənzil sahibi olmağın 9 üstünlüyü

07-09-2020

Layihənin konsepsiyası formalaşdırılarkən memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi müəyyən edilmişdir. Nəticədə, çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, burda yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulmuşdur. Köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır. Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verəcək. Yerli və xarici investisiyalar yönümlü Bakı Ağ Şəhər layihəsi müxtəlif həcmli yaşayış və kommersiya tikililərinin böyük seçimini təklif edir. İnvestorlar investisiya və tikinti məqsədilə, kiçik villalardan başlayaraq iri həcmli komplekslərə qədər münasib yaşayış və ya kommersiya obyekti seçə bilərlər.